Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyev dəymiş ziyanı niyə ödəmir? – Foto, Video

YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyev dəymiş ziyanı niyə ödəmir? – Foto, Video

1982-ci ilin iyulun 16-sı Ağdam rayonunun Qiyaslı kəndində anadan olan, hazırda ARDNŞ-də çalışan Abdullayev Sadiq Mürşüd oğlu Azinforum.az-a şikayət edib. Redaksiyamıza təşrif buyuran şikayətçı YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevin oğlunun törətdiy qəzadan sonra, ona dəyən maddi ziyanın ödənilməmədiyini bildirir. Şikayətçinin sözlərinə görə, İskəndər Quliyev tutduğu ictimai mövqeyindən sui-istifadə edərək, oğlunun törətdiyi əməli ört-basdır etmək istəyir.
Abdullayev Sadiq bidirir ki, 2015-ci ilin yanvar ayının 23-ü o, anası ilə birlikdə Tərtər rayonuna yasa gedib:

“Quzanlıdan keçəndə yaxın dostlarımla görüşdüm. Onlara söz verdim ki, anamı xalamgilə yerləşdirdikdən sonra qayıdacam. Çünki mənimlə çox yaxın olan həmin dostları az-az gördüyümdən, onlarla oturub bir tikə çörək kəsmək qərarına gəldim. Yanvarın 25-i Quzanlıda olan dostlarım Samirlə, Bəhruzun yanına gəldim. Həmin vaxt Ağdam rayon YAP-ın sədri İskəndər müəllimin oğlu Tural da ümumi tanış kimi oturub bizimlə çörək yedi. Hamımız içki içdik. Mən maşın idarə etdiyim üçün,  az içki qəbul etdim. Sonra qərara gəldik ki, Xındırıstanın yaxınlığında olan “balıqçılıq” deyilən yerə gedək. Mənim və Bəhruzun maşını ilə ora yollandıq. Turalla Samir mənim maşınımda oturdu. Bəhruz isə öz maşınını idarə etdi. Orda da, maşınımda olan viskidən bir az içdik. Çünki içki çox az qalmışdı. Qayıtmağa hazırlaşanda Tural mənə dedi ki, ürəyi “Passat” sürmək istəyir. Mən razı olmadım. Dedim ki, özüm sürəcəm. Mən Bəhruza tərəf gedəndə gördüm ki, Tural mənim maşınımı sürür. Yanımdan keçəndə dedi ki, sən Bəhruzla gələrsən.

 

Mən çıxılmaz vəziyyətdə qalıb, mindim Bəhruzun maşınına. Aramızda 50-60 metr məsafə vardı. Bir kilometrə yaxın yol getmişdi ki, dongədə maşını aşırdığını gördüm. Maşını saxladıq. Gördüm ki, maşın tüstüləyir. Mən yaxınlaşıb, onları xilas etməyə başladım. Kənardan mənə dedilər ki, qaç, bu dəqiqə maşın partlayacaq, onsuz da onlar ölüb. Çünki maşın çox bərbad vəziyyətə düşmüşdü. Onların hər ikisini mən maşından çıxardım. Turalı çətinliklə maşından çıxara bildim. Bəhruza çığırdım ki, “skorıya” zəng vur. Üzünə su vurandan sonra Tural ayıldı. Baxdım ki, çox narahatdı. Dedim, qorxma! Təcili yardım və polis əməkdaşları gələndə dedim ki, maşın mənə məxsusdu. Çünki şok vəziyyətindəydim. Turalın vəziyyəti ağır olduğu üçün, onu Bakıya göndərdilər. Mən zəng edib yeznəmə dedim ki, Turalın xəstaxanada yerləçdirilməsinə köməklik göstərsin. Nə lazımdısa edildi. Sonradan mütəmadi olaraq bazarlıq edib onun yanına getmişik. Turalın yanında anası qalırdı. Atası İskəndər müəllim də tez-tez bizi orda görürdü. Maşın barədə heç bir söhbətimiz olmamışdı. Fefralın 2- si yeznəm Səbuhu İskəndər müəllimlə söhbət edəndə deyib ki, bəs, qəzanı Turalın törətdiyini bilməsi lazımdır. İskəndər müəllim isə deyib ki, qəzanı Tural yox, Sadiq törədib. Səhəri günü xəstəxanaya gələndə bizi ordan qovdular.

Mən həmin günü getdim müstəntiqin yanına və hədisənin necə törədilməsilə bağlı izahat verdim və tələb etdim ki, bütün şahidlər də dindirilsin. Polslər bütün əşyaları ekspertizaya göndərdilər. Cavab gəldi ki, avtomobili həqiqətən Quliyev Tural sürüb. Şahidlər də, ifadələrində maşının Tural tərəfindən idarə edildiyini dedilər. Müstəntiq mənə qərarı verdi və məsləhət gördü ki, məhkəməyə müraciət edim. Dəymiş ziyan dolların köhnə kursu ilə 12 min 500 hesablandı. Manata çevriləndə 9 min 600 manat elədi. Turalın atası tutduğu ictimai mövqeyindən istifadə edib mənə dəyən maddi ziyanı ödəmək istəmir. Mən durduğum yerdə, ziyana düşmüşəm. 4 aydır ki, maşınsız zülüm çəkirəm`. Hətta biz dəymiş ziyanın yarısının onun tərəfindən ödənilməsinə də razı olmuşuq. İskəndər müəllim bununla da razılaşmır.

 

Mən fürsətdən istifadə edib YAP rəhbərliyinə müraciət edirəm və onlardan xahiş edirəm ki, YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyevə ədalətli olmağı məsləhət görsünlər. Hakim partiya bu ölkəni uzun illərdi ədalətlə idarə edirsə, nədən həmin partiyanı böyük bir rayonda təmsil edən adam bu prinsipə əməl etmir?
Yazıda adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq.

Rövşən ƏLİ

Azinforum.az

Tural Quliyevin aşırdığı maşının qəzadan sonrakı vəziyyətini əks etdirən videogörüntü:

tur

 

tur1

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın