Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / Yanvarın 21-i iş günüdür?

Yanvarın 21-i iş günüdür?

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.

Yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-i iş günü hesab ediləcək.

Qeyd edək ki, bu il 8 Mart – Beynəlxalq Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.

Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …