Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Aktual / Yanğın iki məcburi köçkün ailəsini evsiz qoydu (FOTOLAR)

Yanğın iki məcburi köçkün ailəsini evsiz qoydu (FOTOLAR)

Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı düşərgədə baş verən yanğən iki ailəni evsiz qoyub. Səhər saatlarında qeydə alınan yanğın ecin dam örtüyündən başlayıb və bir-birinə bitişik olan iki yaşayış sahəsini qısa müddət ərzində bürüyüb. 
Əslən Xocalı şəhərindən olan Rzayevlər yalnız canlarını xilas edə biliblər. Ev bütün əşyaları ilə birgə yanaraq külə dönüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilsə də, köhnə və yarımçıq tikilinini yaşayış sahəsi tamamilə yanıb.
Beləliklə, Fənar Quliyeva və Arzuman Rzayevin 10 nəfərlik ailəsi evsiz qalıb. Rzayevlərin yeganə təsəllisi Xocalının müdafiəsi zamanı fərqlənən Fərmar Rzayevə məxsus “İgidliyə görə” medalının yanmamasıdır.
Hər iki ailə baş vermiş hadisə ilə bağlı həm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, həm də Xocalı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin evsiz qalan 10 nəfərin, iki ailənin müraciətinə baxan, onların harada gecələdiyi ilə maraqlanan olmayıb.
Xocalı Şəhər İcra Hakimiyyətini bu şəhərin müdafiəsindəki qəhrəmanlığına görə “İgidliyə görə” medalı ikə təltif olunmuş şəhidin ailəsinin taleyi də maraqlandırmayıb.














Həmçinin oxuyun

“Allaha dua edib sürürlər…”

“Yol hərəkəti haqqında” qanuna görə minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan …

Bir cavab yazın