Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Aktual / Yanan narkoloji dispanserin direktoru işdən çıxarıldı

Yanan narkoloji dispanserin direktoru işdən çıxarıldı

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.

” Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.

O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …