Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Yanan binada azyaşlı uşaq itkin düşüb – FOTO

Yanan binada azyaşlı uşaq itkin düşüb – FOTO

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azyaşlı uşaq itkin düşüb. Modern.az saytı bildirir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat verib.

Məlumatda bildirilir ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Yanğından sonra anası Günay Məhərrəmova yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Ananın bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı onu xilas edərək xəstəxanaya aparıb, uşaqdan isə xəbər yoxdur.

Taleyindən xəbər tutula bilməyən uşaq 2012-ci ilin sentyabrında anadan olub. Atası Elnur Məhərrəmov hazırda bütün xəstəxanaları gəzdiyini, amma xəbər ala bilmədiyini deyir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın