Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / Yalçın Rzazadə evə buraxıldı – Yenilənib

Yalçın Rzazadə evə buraxıldı – Yenilənib

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

“ Azinforum.az ” ın Trend-ə istinadən məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.

***

“Qafqazinfo” Y. Rzazadənin səhhəti ilə maraqlanıb. Xəstəxanadan bildirilib ki, müğənni bu gün səhər saatlarında xəstəxanaya müraciət edib. Ambulator şəkildə müayinə olunub və gedib. O, hazırda xəstəxanada müalicə olunmur. Vəziyyəti də normal idi.

Həmçinin oxuyun

Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144  illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi …