Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı

Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı

Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması üçün qərar qəbul edilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə həmkarı Elçin Sadıqov məlumat verib.

O bildirib ki, bu gün kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib və vəkillər barəsindəki şikayətlərə baxılıb. Yalçın İmanovun üzvlükdən çıxarılması üçün məhkəməyə müraciət etmək barədə qərar qəbul edilib.

Qeyd edək ki, bir neçə gün öncə Ədliyyə Nazirliyi VK-ya təqdimat verərək Y.İmanovun barəsində tədbir görülməsini istəyib.

Bundan başqa, baş prokurorun birinci müavini Rüstəm usubov da digər vəkillər – Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Layıcovun barəsində tədbir görülməsi üçün təqdimat verib.

***

Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədov şikaytində qeyd edib ki, Y.İmanov avqustun 8-də Taleh Bağırzadə və Abbas Hüseynovla görüşdən sonra onların işgəncələrə məruz qalmaları barədə yalan məlumat yayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …