Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Yadigar Sadıqlı Müsavat başqanı olmaq istəyir

Yadigar Sadıqlı Müsavat başqanı olmaq istəyir

Müsavat partiyasının Divan üzvü Yadigar Sadıqlı başqanlığa namizəd olmaq istəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə məlumatı internet kanalında qonaq olarkən söyləyib. Bildirib ki, bu, bir prosedurdur və Müsavat partiyasında hələ başlamayıb:

“Yəni namizədliyə namizədəm. Bu istəyimin bir neçə səbəbi var. Məni qane etməyən əsas məqam Müsavat partiyasının əvvəlki nüfuzunun cəmiyyət arasında qalmaması, xeyli zəifləməsidir. Bunu tələffüz etmək belə mənim üçün ağırdır.

Əgər nəticəyə baxsaq, partiyanın hətta müxalifət camiyəsinda da öz liderliyini əldən verməsini görərik. Çox təəssüf ki, hazırda ümidverici bir proses də yoxdur. Partiya daxili söhbətlərin kənara çıxarılması o qədər də doğru deyil. Ancaq seçki proseduru varsa, bu hal istər-istəməz baş verəcək. Mən müavin təyin olunandan haradasa il yarım sonra həbsdən çıxdım. İl yarım da öz vəzifəmi icra etdim və gördüm ki, işlər arzuladığım formada deyil”.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …