Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Aktual / Ya sərhədlər açılmalı, ya da AZAL qiymətləri endirməlidir – Baş redaktor

Ya sərhədlər açılmalı, ya da AZAL qiymətləri endirməlidir – Baş redaktor

“Rusiyanın müxtəlif şəhərlərində, eyni zamanda Dağıstanda təhsil alan tələbələrimizin sayı heç də az deyil. Pandemiyanın ağır mərhələsində bu tələbələr imtahan və tədris prosesini onlayn qaydada yola verə bilirdilər. Amma hazırda universitetlər tələbələrin universitetə gəlmələrini tələb edirlər. Tələbələrimizin xarici universitetlərə gediş-gəlişi çox ciddi problemə çevrilib”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O qeyd edib ki, şəraitin ağırlığı ucbatından gənclərimizin müəyyən qismi xaricdə təhsilini davam etdirməkdən imtina etmək məcburiyyətində qalır:

“Quru yolla gedib-gəlmək nisbətən ucuz olduğu halda, bu imkan tam məhdudlaşdırılıb. Təyyarə ilə getmək isə olduqca baha başa gəlir. Valideyn və tələbələrin böyük bir hissəsi ağır xərcləri qarşılaya bilmir. Doğurdan da çıxılmaz vəziyyətdir. Müəyyən insanlar bu fikirdədir ki, quru sərhədlərin heç olmasa, xaricdə təhsil alan tələbələr üçün açılması pis olmazdı. Ən azından smester imtahanları vaxtı sərhədlər açıq olsaydı, xaricdə oxuyan tələbələrimiz bu imkandan bəhrələnə bilərdi”.

Baş redaktor çıxış yolu kimi AZAL-ın xaricdə oxuyan tələbələr üçün müəyyən güzəştlər etməsini təklif edib:

“Əgər quru sərhədləri açmaq mümkün deyilsə, o zaman AZAL qiymətləri ən azı yay və qış smester imtahanları dövründə bir qədər ucuz etməlidir. Əlbəttə ki, xarici universitetlərdə də təhsil almaq pulsuz başa gəlmir. Xüsusilə də Rusiya və Gürcüstanın ali təhsil müəssisələri Azərbaycanın ali təhsil müəssisələri qədər, bəzən ondan da artıq xərc tələb edir. Digər tərəfdən, yol, yaşamaq xərcləri xaricdə təhsil almaq istəyənlər üçün olduqca ağır vəziyyət yaranır. Valideynlər heç də bütün hallarda fədakarlıq nümayiş elətdirə bilmir. İmkan olmayan yerdə necə fədakarlıq etmək olar? Dediyim iki təklifədən birinin tətbiq olunması xaricdə təhsil alan gənclərimizin vəziyyətini yüngülləşdirə bilər”.

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …