Bu ilin əvvəlində silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi üzrə ixtisaslaşmış Britaniyanın “Conflict Armament Research” mərkəzi hesabat dərc etdi. https://www.conflictarm.com/reports/weapon-supplies-into-south-sudans-civil-war

Hesabatın 74 cü səhifəsində faktlar, onları sübüt edən sənədlər və radar göstəriciləri əlavə olunmaqla Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına , mərkəzi və şimali Afrika terrorçularına silah daşıması faktı ifşa olundu.

Bu hesabatdakı məlumatlar daha sonra NATO və Avropa Birliyi təhlükəsizlik qurumları sənədlərinə öz əksini tapdı.
Həmçinin bu hesabata istinadlara Avropa Şurasının Korrupsiyaya qarşı
Dövlətlər Qrupu, AŞ – nın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə
Komitəsinin, İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatının Antikorrupsiya
Şəbəkəsi və BMT-nin Korrupsiya və Çirkli Pulların Yuyulması, silahlı
münaqişələrdə müxtəlif silahların tətbiqi və onların dünya üzrə
daşınmasının izlənməsi ilə əlaqəli alt qurumlarının müvafiq
qiymətləndirmə sənədlərində rast gəldik.
Bu hesabatı bizim üçün maraqlı edən məqamlarından biri isə “Balkan
Araşdırmaçı Jurnalistlər şəbəkəsinin” üzvü, bolgar jurnalist Dilyana
Qaytanjiyevanın il yarım öncə Azərbaycan Hava yollarının dünyada terror
ocaqlarına yükdaşımasını iddia etdiyi yazısındakı məlumatların bu
hesabatda əksini tapmaması oldu.
Bu fakt özlüyündə Dilyana Qaytanjiyevanın yazısının hansısa dairələrin
sifarişi əsasında , qeyri ciddi yazı olmasının sübutu idi.
Onu da qeyd edim ki, Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin bir qolu olan Balkan Araşdırmaçı Jurnalistlər Şəbəkəsı həm də diqqətli Azərbaycan siyasət izləyicilərinə tanış olan OCCRP-Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı layihəsinin bir qoludur.
Balkan ölkələri üzrə hər iki şəbəkənin işçiləri eyni jurnalistlər, ofisləri, maliyyə qaynaqları, beynəlxalq tərəfdaşları və s. eynidir.




Hər iki şəbəkənin donoru bu ölkələrdə fəaliyyət göstərən Açıq Cəmiyyət Fondunun yerli bölmələri və eyni beynəlxaq maliyyə qaynaqlarıdır.
Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi isə OCCRP-Mütəşəkkil
Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı adlı layihənin duble versiyası
olması haqqında isə daha öncəki yazılarda qeyd etmişik. Hər iki
layihənin hesabatlarındakı məlumatların kəşfiyyat və xüsusi xidmətlərin
sızdırması əsasında tərtib olunması beynəlxalq kiber və umumi
təhlükəsızlık sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilib.
Bu fakt Dilyana Qaytanjiyevanın Azərbaycan Hava yollarının dünyada
terror ocaqlarına yükdaşıması haqqındakı uydurma yazısından tam aydın
olur.
Məsələn, yazida bolqar jurnalist iddia edir ki, güya Mərkəzi , Şimali
Afrika və Yaxın Şərqdə olan terror ocaqlarına səfər edərkən şahid olub
ki, bu terror ocaqlarına silah daşımalarını bizim hava yolları şirkəti
həyata keçirirmiş.
Belə ki, BMT-nin sülhməramlılarının olmadığı və dünyanın aparıcı media
mərkəzlərinin nümayəndələrinin burnunu belə soxa bilmədiyi Mərkəzi
Afrika bazalarına bir qadın jurnalist statusunda səfərlər edirmiş.
Bu jurnalist Mərkəzi və Şimali Afrika və həmçinin Yaxın Şərqdəki
terroristlərin bazalarında silah və texnikalar haqqında məlumatlar
toplayır və çox rahat bunların daşınması, nəqliyyat yollarını
öyrənirmiş.
Burda yaranan məntiqi suallar əsasında belə bir mənzərə aydın olur: bir
jurnalist belə təhlükəli yerlərə hansısa statusda səfərlər edib, bu
məlumatları kimin üçün və hansı tapşırıq əsasında toplayırmış?
Əgər hətta yazıda qadının iddia etdiyi səfərlər doğurdan da həyata
keçirilibsə, deməli bu qadının hansısa xüsusi təyinatlı fəaliyyətlə
məşğul olması şübhəsizdir və deməli bizim şirkətlər haqqında söylədiyi
fikirlər də onun növbəti xüsusi təyinatlı tapşırığıdır.
Lakin istər il yarım öncə, istərsə də elə bu günlərdə bolgar
jurnalistin bu yazısının tirajlanmasının şahidi oluruq. Maraqlı
məqamlardan biri isə daxildə müxtəlif siyasi qrupların zaman zaman bu
yazını tirajlamasını müşahidə olunmasıdır. Burda isə daha maraqlı bir
məqam var: məsələn daxili siyasi qruplar xüsusi təyinatlı fəaliyyəti
şübhə doğurmayan bir şəxsin ölkəmiz əleyhinə istifadə olunması üçün
uydurmuş olduğu məlumatlarl hansı məqsədlə tirajlayır?
Onları birləşdirən ortaq maraqlar və ya ortaq dairələr hansıdır və s…
Yeganə Hacıyeva,
Beynəlxalq münasibətlər üzrə ekspert,