Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Xüsusi Mühafizə Xidməti zabitinin qətli işi – Deputatlığa keçmiş namizədin işi geri qaytarılıb

Xüsusi Mühafizə Xidməti zabitinin qətli işi – Deputatlığa keçmiş namizədin işi geri qaytarılıb

2011-ci il iyunun 8-də Bakının Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2 A ünvanında münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyən deputatlığa keçmiş namizəd Nadir Orucovun yeni məhkəməsi başlayıb.

Bu barədə Strateq.az-a daxil olan məlumata görə, ötən ay Ali Məhkəmə Nadir Orucovun vəkillərinin şikayəti əsasında iş materiallarını baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb:

«Cinayət işi Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatına verilib  Hakim Qədim Babayev Cinayət Məcəlləsinin 178.3.2, 228.1, 120.2.5 və 120.2.6-cı maddələri ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2013-cü il tarixli hökmü ilə məhkum olunan Nadir Orucovun işi üzrə məhkəmə prosesinə aprel ayının 3-də start verəcək».

Strateq.az xəbər verir ki, Nadir Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə Gəncə sakini Rövşən Rüstəmovu “Makarov” tipli tapança ilə ofisində qətlə yetirib. Mərhum 1993-cü ildən 1998-ci ilə qədər Dövlət Xüsusi Mühafizə Xidmətində baş leytenant kimi çalışıb. İstintaq qətlin borc üstündə baş verdiyini və əvvəldən planlandığını müəyyənləşdirib.

Onu da bildirək ki, N.Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub. O, həm də “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru olub. N.Orucovun qətl törətdiyi ofisin yaxınlığında marketi, avtoyuma məntəqəsi və kafesi var. Bundan başqa, onun qətl gününə qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifə tutması haqda da xəbərlər  var.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın