Cümə , Aprel 19 2024
Ana səhifə / Xuraman Vəfa “Bir damla mutluluk” la gəlir

Xuraman Vəfa “Bir damla mutluluk” la gəlir

Azinforum.az saytı xəbər verir ki, “Vəfa” jurnalının təsisçisi və baş redaktoru şairə – publisist Xuraman Vəfa yeni yaradıcılıq işlərinə start verib. Bir müddət əvvəl çapdan çıxan “Gözlərimi sevmişdin” kitabından sonra şairə oxucularına təqdim edəcəyi maraqlı layihə üzərində işləyir. Belə ki, “Bir damla mutluluk” adlı yeni kitabının son redaktə işlərini görən X.Vəfa kitabla bağlı bunları deyib:

“Üzərində son işləri gördüyüm yeni “Bir damla mutluluk” adlı kitab türkcədir. Kitabı Türkiyədə nəşr etdirəcəyəm. Məni daha çox məhəbbət, sevgi şairəsi kimi tanıyırlar, baxmayaraq ki, vətənpərvər və başqa movzularda da şeirlərim, poemalarım var. Türkiyə türkcəsində hazırlanan “Bir damla mutluluk”-da həm sevgi, həm vətənpərvər, həm də türkçülüyü əks etdirən şeirlərim yer alacaq”.
Kitab çapdan çıxdıqdan sonra həm burda həm də Türkiyədə geniş təqdimat keçirəcəyini söyləyən xanım şairə, qardaş ölkədə yaradıcılıq işlərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, bir neçə il əvvəl Xuraman Vəfanın türkcə yazılmış şeirlərinə bəstəkarlardan Şəfiqə Axundova, Tahir Əkbər və Nailə Mirməmmədli,tərəfindən də musiqilər bəstələnib.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın