Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Xristian missionerləri Azərbaycanda təhlükəli fəaliyyət göstərirlər” – Azay Quliyev

“Xristian missionerləri Azərbaycanda təhlükəli fəaliyyət göstərirlər” – Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Azərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib.

APA-nın məlumatına görə, A. Quliyev Bakıda keçirilən “Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfransda deyib ki, onlar xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.

O qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: “Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib qadağan edirlər. Beləliklə Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …