Cümə , Aprel 19 2024
Ana səhifə / Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ın müəllif hüquqlarını ala bilmir – brifinqdən ilk xəbər

Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ın müəllif hüquqlarını ala bilmir – brifinqdən ilk xəbər

ATV-də yayınlanan “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı bu gün rəhbərlik etdiyi “Üç nöqtə” qəzetinin redaksiyasında mətbuat konfransı keçirirək ATV-dən ayrılması, verilişin gələcək taleyi ilə bağlı bir sıra suallara cavab verib.

Musavat.com-un mətbuat konfransında iştirak edən reportyoru xəbər verir ki, X.Hidayıtqızı “Səni axtarıram” verilişinin şəhadətnaməsinin ona məxsus olduğunu bildirib və deyib ki, Müəllif Hqüuüları Agentliyindən verilişin müəlliflik hüququnun ona aid olması üçün ATV-nin rəhbərliyi Vüqar Qaradağlı arayış verməlidir, ancaq o bundan imtina edir.
Jurnalist mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib, maraqlı, hətta sensasion sayıla biləcək açıqlamalarla çıxış edib. Jurnalist bildirib ki, verilişdən əldə olunan reklam gəlirlərinin 50 faizi ona çatmalı imiş, amma çatmayıb.
Reportyorumuz xəbər verir ki, mətbuat konfransında ANS istisna olunmaqla heç bir telekanalın çəkiliş qrupu iştirak etmir.
Musavat.com əməkdaşının Xoşqədəm Hidayətqızının keçirdiyi mətbuat konfransından hazırladığı geniş reportajı bir müddətdən sonra oxuya biləcəksiniz.
Qeyd edək ki, ATV rəhbərliyi ilə jurnalist arasında münaqişə baş verib və o, müəllifi olduğu verilişi ilə birlikdə ANS telekanalına keçib.

 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın