Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Xoşqədəm Hidayətqızı Nazilə Səfərlini məhkəməyə verdi: “Mən benzin pulumu verən kişiyə ərə getmişəm”

Xoşqədəm Hidayətqızı Nazilə Səfərlini məhkəməyə verdi: “Mən benzin pulumu verən kişiyə ərə getmişəm”

Şairə Nazilə Səfərli show_news səhifəsində açıqlama verərək aparıcı Xoşqədəm Hidayətqızı haqqında ittihamlar irəli sürüb. O bildirib ki, X.Hidayətqızı ilə onun arasında yaranan qalmaqala səbəb Nazilə Səfərlinin həyat yoldaşıdır:

“Xoşqədəm hələ də həzm edə bilmir ki, ərim keçmişdə onu yox, məni seçdi və mənimlə ailə qurdu”.

BiG.AZ xəbər verir ki, qarşı tərəfdən N.Səfərlinin bu iddialarına cavab gecikməyib. Xoşqədəm Hidayətqızı Nazilə Səfərlini məhz bu iddiaya görə məhkəməyə verdiyini, artıq bununla bağlı müvafiq işlər getdiyini bildirib:

“Mənim üçün namus hər şeydən önəmlidir. Bu yazıda mənə şər-böhtan atdığın üçün səni məhkəməyə verirəm. Dünəndən işlər başlanılıb. Sən bunu mənə sübut etməlisən. Mənim həyat yoldaşımın harada yaşamasının önəmi yoxdur. Biz hər iki dövlətdə tanınan insanlarıq. Nə mən, nə də həyat yoldaşım pul üçün ailə qurmamışıq. Biz xoşbəxt olmaq üçün evləndik. Mən ailəni saxlayan kişiyə ərə gedirəm. Mənim benzin pulumu verən kişi ilə ailə qururam”.

Xoşqədəm Nazilə Səfərlini məhkəməyə verdi: "Mən benzin pulumu verən kişiyə ərə getmişəm"

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …