Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.

Belə ki, dekabrın əvvəlində “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı – İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.

Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.

Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.




Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …