Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Aktual / Xoşqədəm Hidayətqızı afrikalı uşağı övladlığa götürmək istəyir – VİDEO

Xoşqədəm Hidayətqızı afrikalı uşağı övladlığa götürmək istəyir – VİDEO

“Afrikaya getmək çoxdankı arzum idi. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu düşünmürdüm. Təsəvvür edin ki, orada hər gün nə qədər uşaq susuzluqdan ölür”.

” Azinforum.az “  xəbər ki, bu  sözləri Xoşqədəm Hidayətqızı  “Diqqət efir” verilişində qonaq olarkən deyib. 

O, Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu bildirib:

“Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır”.

Həmçinin oxuyun

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi də …