Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Xorvat azarkeşlər Bakıya buraxılmayacaq – QƏRAR

Xorvat azarkeşlər Bakıya buraxılmayacaq – QƏRAR

Xorvatiya Futbol İttifaqı azarkeşlərin səfər matçlarında iştirakını təşkil etməkdən imtina edib.
Axar.az-ın məlumatına görə, xorvat azarkeşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda, sentyabrın 6-da Norveç və oktyabrın 13-də Maltada keçiriləcək matçlarda iştirak etməyəcək.
Bu qərar UEFA-nın tələbinə görə verilib. UEFA Split şəhərində keçirilən İtaliya ilə matçda xorvat azarkeşlərin irqçi şüarlarına görə Xorvatiya Futbol Federasiyasına son dəfə xəbərdarlıq etmişdi. Bir də bu cür hallara yol verilərsə, Xorvatiya yığması ümumiyyətlə Avropa çempionatından kənarlaşdırılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın