Cümə , Dekabr 14 2018
Ana səhifə / Aktual / Xocavənddəki “Akvapark”da erməni gənclərin istirahət görüntüləri yayıldı… – FOTOLAR

Xocavənddəki “Akvapark”da erməni gənclərin istirahət görüntüləri yayıldı… – FOTOLAR

“Urra!.. Bizdəki bahalı(!) “Akvapark”ların yanında ermənilərin torpaqlarımızda yaratdıqları heç nədir…”
Xankəndindəki hakim separatçı “Azad vətən” partiyasının  təşəbbüsü ilə iyulun 31-də Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında yaradılmış “Vətən” gənclər düşərgəsinin ikinci növbəsi start götürüb.
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni rejiminə yaxın nəşrlər məlumat yayıb.
“Akvapark”  adlı istirahət zonasında  təşkil edilmiş düşərgənin 1-ci növbəsində müxtəlif bölgələrdən 50 gənc iştirak edib. Ayın 9-dan başlayan 2-ci növbə isə avqustun 20-dək davam edəcək. Düşərgədə dincələn dığa və axçiklər işğal altındakı torpaqlarımızdakı tarixi yerlərə, o cümlədən saxtalaşdırılmış Azıx mağarasına ekskursiyalara aparılır. Burada eyni zamanda erməni gənclərə ““Artsax”ın “ərazi bütövlüyünün qorunması”, iqtisadi, texnoloji problemlər və s. haqda mühazirələr də oxunur.
P.S. Təsəllimiz:” Urra! Nə olsun, bizdəki  bahalı(!) istirahət zonalarının, “Akvapark”ların yanında ermənilərin Qarabağda yaratdıqları heç nədir…”
VIPedu.BIZ

Həmçinin oxuyun

Cahid İsmayıloğluna vəzifə verildi

İKT üzrə mütəxəssisi​ Cahid İsmayıloğlu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və …