Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Xocalı həqiqətlərini dünyaya çatdırmaq istəyən mühacirlərimiz Diaspor Komitəsinin diqqətindən kənar qalıb

Xocalı həqiqətlərini dünyaya çatdırmaq istəyən mühacirlərimiz Diaspor Komitəsinin diqqətindən kənar qalıb

Hollandiyada yaşayan həmvətənimiz İlkanə QocaXocalı faciəsinin ildönümü ərəfəsində möhtəşəm layihə ərsəyə gətirib.
Keçən il Holland dilində Xocalı faciəsi qurbanlarının real həyat heykayələrindən ibarət bir vebsayt yaratdığını deyən İlkanə xanım qeyd edib ki, vebsayt üçün Azərbaycan Respublikasının Niderland Krallığında olan keçən ilki səfirinə və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib dəstək istəyib, lakin xanımın layihə məktubuna cavab verilməyib: “Sonra da deyirlər Avropalılar bizi dəstəkləmirlər. Bilmədiyi bir şeyi necə dəstəkləsin yazıq avropalı…”


Əlini dövlət dəstəyindən üzən İlkanə Qoca gecəni gündüzə qatıb məqalələri yığıb və tərcümə edib. Xanım deyir ki, həyat yoldaşım və bir neçə dostlarla bərabər hər bir məqaləni yenidən sətir-sətir oxuyub mümükün qədər Holland oxucusu üçün uyğunlaşdırdıq. 
Bütün işləri öz ailə vəsaitimizdən etdik, və “Xocalıların halal xoşu olsun!”, – deyirık. 
Vebsayt artıq Holland dilində google axtarış siyahısında çıxır. Bu çox yaxşı xəbərdir. Çünki hollandlar hər şeyi google-da axtarmağı sevir və bu yolla da Xocalı Faciəsi haqqında məlumat ala biləcəklər. Planlarımız çoxdur. Başqa dilllərdə də oxumaq istəyənlər var. 
İlkanə xanım bu il Xocalı websaytına texniki yenilənmə və əlavə məqalələrin hazırlanması üçün dəstəyə ehtiyacı olduğunu bildirdi: “Bildiyiniz kimi bu Birlikdə Güclüyük Fondunun layihəsidir və tam könüllülük əsasında hazırlanıb. Heç bir yerdən dəstək olmadan. 
Avropada yaşayan dostlardan bizə dəstək olmağı xahiş edirik”. 
İlkanə xanım şəhid bacısıdır, Hollandiya vətəndaşı ilə ailə qurub. Aşağıda İlkanə xanımın və ailəsinin hazırladığı vebsaytı təqdim edirik. İnanırıq ki, diaspora komitəsi dövlətdən ayrılan milyonlarla vəsaitdən ətrafına yığdığı qohum-əqrasından imkan tapıb, ölkəmizin rufahı üçün də xərcləməyə özündə güc tapacaq.


https://justiceforkhojaly.nl/

https://www.ing.nl/particulier/betaalverzoek/index.html?trxid=gFhDgAIhkbnXOsZDwrcW8nwC8Qh2MsdJ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …