Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Xırdalanda bütün kafelər bağlandı – Terror təhlükəsi

Xırdalanda bütün kafelər bağlandı – Terror təhlükəsi

Abşeron rayonu, Xırdalan şəhərində dünən axşam saatlarında bütün kafelər bağlanıb.

BakuPost.az xəbər verir ki, kafe sahibləri saat 21:00-da müştərilərə obyektin bağlanılacağını bildirib və onları çölə çıxarıb.

Sahibkarlar bundan sonra kafelərinin 21:00-a kimi işləyəcəyini deyərək müştərilərdən üzr istəyib.

Məsələ ilə bağlı ətraflı məlumat verilməsə də, bunun təhlükəsizlik məqsədilə edildiyi ehtimal olunur.

Xatırladaq ki, 25 oktyabr 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilib.

Baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

Digər əməliyyat zamanı isə Milli Şuranın mitinqində terror planlaşdıran cinayətkar dəstənin üzvləri – Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …