Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Xırdalanda avtobus dayanacağının yerində obyekt tikilir

Xırdalanda avtobus dayanacağının yerində obyekt tikilir

Bakının Xırdalan şəhəri, Nizami Gəncəvi və Nəsibə Zeynalova küçələrinin kəsişməsində yerləşən avtobus dayanacağını sökülüb yerində çoxmərtəbəli ticarət obyekti tikilir. Ərazinin müxtəlif təyinatlı iaşə obyektləri ilə dolu olduğunu nəzərə alsaq, yeni obyektin inşasından sonra orada hərəkət etmək mümkün olmayacaq.

Bu şikayətlə virtualaz.org saytının redaksiyasına Xırdalan sakinləri müraciət ediblər. Onların bildirdiyinə görə, artıq bir neçə aydır ki, ərazidə inşaat işlərinə başlanılıb, binanın özülü qazılıb. Tikintinin getdiyi ünvana rayon məmurları nəzarət edirlər.

“Nizami Gəncəvi və Nəsibə Zeynalova küçələri şəhərin mərkəzində yerləşir. Bu küçələrdə onsuz da kifayət qədər obyekt var- çayxana, bar, restoranlar, sexlər, hətta avtoservis və “moyka”ların əlindən tərpənmək olmur. Avtobus dayanacağını və bir yaşayış evini sökmüşdülər, heç olmasa əhalinin istirahəti üçün mədəni mərkəz, kitabxana tikərdilər. Nəzərə alaq ki, həmin ünvanda Maliyyə-Humanitar Kollec də yerləşir”, – sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, Xırdalanın mərkəzi olduğundan bura həmişə şəhər sakinlərinin sıx gəldiyi yerdir. Belə yerdə küçələrin adını daşıyan Nizami Gəncəvi və ya Nəsibə Zeynalovanın kiçik abidəsini qoymaq olardı.

Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə zəng etdik. Ümumi şöbədən virtualaz.org-a bildirdilər ki, bu barədə araşdırma aparılması üçün yalnız rəsmi məktubla müraciət olunmalıdır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …