Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb – Fotolar

Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb – Fotolar

Xırdalan şəhərinin Heydər Əliyev prospektində qazıntı işlərinin aparılması və bu prosesin 2 ilə yaxındır yekunlaşmaması sakinlərin narazılığına səbəb. Bu narazılıq sosial şəbəkələr vasitəsilə ifadə edilir. 

“Yeni Sabah”ın məlumatına görə, qazıntı işləri şəhərdə kanalizasiya sisteminin yenilənməsi ilə əlaqədardır. Sakinlərin narazılığı isə alternativ yolun olmaması, nəticədə tıxacın yaranmasıdır. 

Sakinlər həm də bildirib ki, prospektdə 6 ildən çoxdur ki, müxtəlif təyinatlı işlər aparılır. “Şəhərin mərkəzi prospekti olan bu ərazidə iş bitmir ki, bitmir. İllərdir əziyyət çəkirik. Gah kanalizasiya xətləri yenilənir, gah su xətlərini dəyişdirildiyini deyirlər. Alternativ yol da yoxdur. Ona görə də hər gün tıxac problemi ilə üzləşirik. Əsəblərimiz korlanıb artıq”, – deyə sakinlər bildirib.

Araşdırmalarımız zamanı bəlli olub ki, kanalizasiya xətlərinin təzələnməsindən sonra yol təsərrüfatı yenidən qurulacaq. Bunu “Yeni Sabah”a ərazidə işləyən fəhlələr deyib. Onların sözlərinə kanalizasiya xətlərinin yenilınməsi işi artıq başa çatmaq üzrədir. “Bundan dərhal sonra yolun təmirinə başlanılacaq”, – deyə fəhlələr bildirib. 

Sakinlər isə buna o qədər də sevinmirlər. Doğrudur, yol bərbad gündədir. Amma sakinlər bunun da təmirinin 5-6 il çəkəcəyini düşünür. “Əgər belə komplkes layihə var idisə əvvəldən alternativ yol çəkilməli idi. Axı bura mərkəzdir. Gediş-gəliş çoxdur. Hər gün də maşınların sayı artır”,- deyə sakinlər əlavə edib.

O da bəlli olub ki, şəhərin Nizami küçəsindəki dayanacağın ərazisi hasarlanıb. İddialara görə, onun yerində 3 mərtəbəli bina tikiləcək. 

Bu məsələdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın yaxın qohumlarının adı hallanır. İddia olunur ki, başçının ailə üzvlərindən biri bu ərazidə hündürmərtəbəli bina tikmək niyyətindədir. Zəbt olunan dayanacağın ərazisi

Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb -
Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb -
Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb -
Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb -
Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb -

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …