Ana səhifə / Aktual / XİN-dən “Nyu-York Tayms”ın əməkdaşına ETİRAZ

XİN-dən “Nyu-York Tayms”ın əməkdaşına ETİRAZ

“Nyu-York Tayms” qəzetində məqalə ilə çıxış edən Set Kuqel adlı şəxs Azərbaycanın Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Azinforum.az xəbər verir ki, anunsuz səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama verib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, adıçəkilən şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən bu məqaləsi əslində “Nyu-York Tayms” qəzetinin oxucu auditroyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir.

“Belə bir yazının “Nyu-York Tayms” qəzetində özünə yer alması təəssüf doğurur. Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb.

İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən Nyu-York Times qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır. Bu şəxsin adı arzuedilməz şəxslər siyahısına daxil ediləcək”,-deyə Hikmət Hcaıyev qeyd edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın