Ana səhifə / Xatirə İslam: “Məndə heç vaxt səhv tuta bilməzsiniz!” – VİDEO

Xatirə İslam: “Məndə heç vaxt səhv tuta bilməzsiniz!” – VİDEO

Tanınmış müğənni Xatirə İslam yenə açıqlaması ilə qalmaqala səbəb olub.
 BAKU.WS məlumat verir ki, müğənni Xəzər Tv-də yayımlanan “Hər şey daxil” verlişində rayon musiqiçilərini tənqid edi:
“Oxuya bilənlə, oxuya bilməyən eyniləşib. Rayona toya gedəndə görürsən ki, hərəsi bir notla ifa edir. Eləsini görəndə canlı oxumuram. Yaxşı musiqiçi görəndə, köməkçiyə deyirəm ki, diskdən heç nə qoyma, canlı oxuyuram”.
İfaçının rayon musiqiçilərinə dediyi sözlərə aşıq Mübariz etiraz edib:
 “Ola bilsin ki, Xatirə xanım rayonda zəif musiqiçi ilə qarşılaşıb. Elə ən yaxşı musiqiçilər, əjdahalar rayonlardan çıxıb. Əlinə sənət alıb, gəlib oxuyursa, demək ona ehtiyac var. Mənim də yaşım az deyil, rayondan gəlmişəm. Musiqiçi zəifdirsə, onu efirdə demək olmaz. Heç bir musiqiçi zəif deyil. Ola bilsin ki, ilk dəfə bir yerdə olmusunuz, bir-biriniz başa düşməmisiniz”.
Xatirə İslam isə aşığa cavabında “Mübariz bəy, siz məndə heç vaxt səhv tuta bilməzsiniz” deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Xatirə İslam xalqı təhqir etdiyi üçün gündəmə gəlmişdi. O öz İnstaqram hesabında izləyicilərinə “Qaraçı” demişdi.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın