Ana səhifə / Xatirə efirə sarımsaq yeyib çıxdı – “Kompleksim yoxdur”

Xatirə efirə sarımsaq yeyib çıxdı – “Kompleksim yoxdur”

Ötən gün Xatirə İslam “5/5” verilişinin qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, teleaparıcı Zaur Kamal müğənnini səhnəyə dəvət edib. Aparıcı daha sonra Xatirədən sarımsaq qoxusunun gəldiyini söyləyib.

Zaur “Sarımsağı yeyib, efirə gəlib. İyisi məni boğdu. Efirə gələn sarımsaq yeyər? Qoxusu məni dəli edir”- deyib.

Xatirə isə sarımsaq yediyini təsdiqləyib və o, teleaparıcının reytinq üçün belə bir addım atdığını söyləyib:

“Qətiyyən belə şeylərə kompleksim yoxdur. Hə, nə olsun? Nə var ki, burda? Balacasını yemişəm, yalan danışma. O dərəcədə də hiss olunmur. Toyuq qaynatmışdım, onunla yemişəm. Öz aləmində nə etmək istəyirsən? Verilişə reytinq gətirirsən? Sarımsaq yemək üçündür də”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın