Müğənni Xatirə İslamı sosial şəbəkə izləyiciləri qəzəbləndirib.
Belə ki, müğənni ötən gün gənc həmkarı Nicat Məhərrəmovu evində qonaq edib və bununla bağlı fotonu “İnstagram” səhifəsində yerləşdirib. Fotoya şərh olaraq isə “Ailəmizin sevimli qonağı, sənin toyuna yığışaq inşallah” şərhini yazıb.
Lakin müğənni paylaşımına görə peşman olub. Səbəbi isə bəzi izləyicilərin onun evini, şəxsi həyatını müzakirəyə qoyması olub.
Müğənni bu barədə statusunda qeyd edib: “Dünən sizinlə ailəmdə baş verən sevinci paylaşdım və çox peşman oldum. Çünki doğrudan da burada olan bəzi qəlbi qaralar mənim şəxsi həyatımı bilməyə layiq deyil, bunu anladım. Kimi divar kağızını, kimi yoldaşımın geyimini, kimi övladımın penjamasını, kimi evin kiçikliyini və başqa dəxilsiz şeyləri müzakirə etdiz.
Bir sözlə, mənim sevincimə şərik olmadız. Bəs onda mən niyə onları sizin üçün paylaşım? Və son qərarım bu oldu ki, siz hər şeyi bilməsəniz yaxşıdır.
Allahla qəlbinizi düz tutun, yoxsa həmişə başqalarının sevincinə baxıb, özünüzü pis hiss edəcəksiz, dünənki kimi…”
Müğənni statusunun sonunda yazdığı sözlərin gözəl qəlbli insanlara aid olmadığını vurğulayıb.