Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Xarici ulduzlar “Sədərək” rəhbərinin oğlunun toyunda – Bu qədər ulduzu gətirmək əvəzinə…

Xarici ulduzlar “Sədərək” rəhbərinin oğlunun toyunda – Bu qədər ulduzu gətirmək əvəzinə…

usiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Azinforum.az Olay.az-a istinadən xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar.

Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artisti Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

DİA.AZ-dan zəruri qeyd:

Videodan da görünür ki, bahalı əcnəbi ulduzların iştirak etdiyi toy məclisinin “Sədərək” rəhbərinin oğluna aid edildiyi deyilir.

Olsun, Allah mübarək eləsin… Amma bu vaxta qədər “Sədərək” rəhbərliyinin adını hansısa Şəhid, Qazi ailəsinə yardım edərkən çəkildiyini eşitmədik. 

Elə bu xarici ulduzlardan birini əskik gətirməklə, neçə şəhid və qazi ailəsini sevindirmək olardı.

Olmasın, bir xarici ulduz… Hər halda dünya dağılmazdı… Amma neçə Şəhid və Qazi ailəsinin dünyası üçün bu böyük önəm daşıyır…

Toydan olan video aşağıdakı linkdə:

https://player.qaynarinfo.az/?v=3795&share_user_id=

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …