Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Xaricdə yaşayan azərbaycanlılara çağırış: Təxribatlara uymayın!

Xaricdə yaşayan azərbaycanlılara çağırış: Təxribatlara uymayın!

Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumat yayıb.

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların, İsveçrədəki Azərbaycan Diaspor Təşkilatlarının, İspaniya, Skandinaviya ölkələri, Almaniya, Fransa, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şuralarının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanladıqları bəyanatlarda bildirilir ki, hamımızın Vətəni olan Azərbaycanda sabitliyi pozmağa yönəlmiş çağırışlar səsləndirmək yolverilməzdir.

Müraciətdə deyilir: “Azərbaycan Respublikasında mövcud olan sosial-iqtisadi və siyasi sabitlik ölkəmizi sevməyənləri narahat etməkdədir. Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər. Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın vətənidir. Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir”.

Dövlət Komitəsi soydaşlarımızı, hər zaman olduğu kimi, yaşadıqları ölkələrdə xalqımızı, dövlətimizi layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …