Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Xaricdəki azərbaycanlılar bir-birinə evini açdı

Xaricdəki azərbaycanlılar bir-birinə evini açdı

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir neçə istiqamət üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, xaricdə olan vətəndaşlarımızın əksəriyyəti çarter reyslərə ölkəmizə geri dönsə də, hələ də hava limanlarında gözləyən, təhsil müəssisələri bağlanıldığı üçün çətin vəziyyətdə olanlar var. 
Belə bir zamanda dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar feysbukun məşhur səyahət qrupu olan “Gəzəyənlər”də maraqlı addım atıb. Belə ki, Avropanın bir çox ölkəsində, eləcə də ABŞ, Avstraliyada yaşayan azərbaycanlılar çətin vəziyyətdə qalan  həmvətənlərinə səslənərək kömək edə biləcəklərini qeyd ediblər:

“Adik Ömər: Fövqəladə vəziyyət ilə əlaqədar Azərbaycana qayıda bilməyən 2-3 nəfər (ailə də, ola bilər) həmvətənimi Köln (Almaniya) şəhərində qonaq edə bilərəm.

Günel Nəsirova: Yunanıstanın Saloniki şəhərində bu günlərdə uçuşla bağlı və ya hər hansı başqa səbəbdən problemi yaranan və ölkədən çıxa bilməyən Azərbaycan vətəndaşlarına vəziyyət düzələnə qədər təmənnasız olaraq bir otaq təklif edə bilərəm.

Əkbər Əliyev: İsveçrədə uçuşla əlaqədar problemi olanlara 3 otaqlı evi təmənnasız olaraq verə bilərəm Və s”.

Zümrüd Ömər: Avstriyada vətəndaşlarımızdan çətin vəziyyətdə qalan varsa, mənimlə əlaqə saxlaya bilrələr. Aysel Həsənova: İstanbul Hava Limanında qalan dostlar varsa, dəvət edə bilərəm. 2 nəfərə köməyim toxunsun.

Nihad Süleymanov: Morgantown-West Virginia və ya qonşu ştatlarda olanlardan kiminsə qalmağa ehtiyacı varsa kömək edə bilərəm.

Sevil Baxşıyeva: Virus səbəbi ilə İsraildən geri qayıda bilməyən, hər hansı köməyə ehtiyacı olan varsa, mənə yaza bilər.

Vətəndaşlarımızın çətin günlərdə bir-birlərinə dəstək olmaq üçün həmrəyolaq, pozitivolaq, birlikolaq həştaqlı bu kimi paylaşımları sosial şəbəkələrdə yüksək qiymətləndirilib və hamı onları təqdir edib.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …