Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Xaricə qaçan işçisi Məleykə Abbaszadəni bitirir – İfşa dosyesi

Xaricə qaçan işçisi Məleykə Abbaszadəni bitirir – İfşa dosyesi

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri, keçmiş TQDK-nın rəhbəri Məleykə Abbaszadə ifşa edilə bilər

Azinforum.az-ın məlumatına görə, qurumun sabiq mətbuat katibi Elnur Nağızadənin M.Abbaszadənin qanunsuz işlərini faş edəcəyi xəbəri yayılıb.

Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan E.Nağızadə “cəhənnəmə gedən yoldaş axtarar” misalına uyğun olaraq M.Abbaszadəni də bitirmək niyyətindədir.

Bu haqda gununsesi.info yazıb ki, E.Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəməyib.

Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin M.Abbaszadəni ultimatumla hədələdiyi deyilir.

O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.

Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.

Ulus.Az-ın məlumatına görə, DİM sədrinin barəsində kompromat materialların yayılması son dərəcə mümkündür. E.Nağızadə illərlə M.Abbaszadə ilə çalışıb. İndi cinayət işi var üzərində və Bakıya gəlsə həbs olunacaq.

Ona görə də keçmiş TQDK-da olan qanunsuz əməlləri ifşa etməklə xaricdə qalmasını da təmin edə bilər. Çünki özünə qarşı təzyiqlər olacağını deyəcək. Bu, təqribə Gülər Əhmədova-Elşad Abdullayev işinə oxşar hadisədir.

Mənbə qeyd edir ki, DİM sədri təşviş içindədir. Çünki hakimiyyətdə onu istəməyən qüvvələr də var və bu kompromat materiallar ictimailəşərsə, vəzifəsindən nəinki azad edilə bilər, məsuliyyətə cəlb olunması da istisna deyil.

Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq TQDK sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib.

Belə ki, Prezident Admnistrasiyası humanitar məsələlər şöbəsinin ləğvindən və Fatma Abdullazadənin “vurulmasından” sonra TQDK sədri himayəsiz qalıb.

Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın