Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / “Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim…” – Fotolar

“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim…” – Fotolar

Xalq artisti Aygün Kazımova xəstəliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. “Qafqazinfo”ya daxil olan məlumatda Aygün bir neçə gündür ki, Bakıda olduğunu qeyd edib:
“Artıq bir neçə gündür Bakıdayam. Aprelin 5-i İstanbula səfər etdim və bunu instagramdakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm.
Axı mən hər dəfə qeyd edirəm ki,mənim heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrımı-acımı, problemimi hər zaman sizlərlə bölüşmüşəm. Necə ki, aprel ayının 6-sı xalqımın o günlərində məhz həmin günlərlə bağlı görüntülər paylaşdım. Vətəndən kənarda da olsam Vətənim və vətandaşlarımla hər zaman birgə olduğumu  hiss etdirmişəm.
Bu mənim vətandaşlıq borcumdur. İçimdən gəlir, qanımda axır. Bu görünütləri paylaşanda mən Acıbadəm xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı. Bu estetik əməliyyatdan sonra elə İstanbulda ikən imic dəyişikliyi  etdim.
Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması, guya, yasaq olacaq diaqnozum.
Aprelin 5-i necə sağ sağlam İstanbula yola düşmüşdümsə, iki gün sonra elə sağlam, hətta yeni şamplena görkəmimlə Vətənimə döndüm.
Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən yox. Xəstəliyim haqda yaydığı xəbər şər və böhtandır. Mən ildə bir neçə dəfə Acıbadəm xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməliyyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasioon xəbərdir? Görünür vəkilin xəbəri bu cürə yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır.
Əgər mən susuramsa bu o demək deyil ki mən  məğlub tərəfəm. Sadəcə boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm”.

“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim...” -  Fotolar
“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim...” -  Fotolar
“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim...” -  Fotolar
“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim...” -  Fotolar
“Xaricə ağır xəstəliyə görə yox, estetik əməliyyata getmişdim...” -  Fotolar

 

Həmçinin oxuyun

Türkiyədən kritik həmlə: “Zəngəzur məsələsi masada…”

“Zəngəzur vaxtilə SSRİ rəhbərliyi və orada təmsil olunan erməni siyasətçilər tərəfindən “proletar beynəlmiləlçilik” naminə Azərbaycandan …

Bir cavab yazın