Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Xanlar Vəliyev ordudakı cinayətlərdən danışdı

Xanlar Vəliyev ordudakı cinayətlərdən danışdı

Görülmüş tədbirlər nəticəsində 2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3 faiz azalıb. 

Bu barədə Hərbi Prokurorluğunda keçirilmiş kollegiya iclasında Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib. 

O qeyd edib ki, ötən il silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 62,1 faiz, mülkiyyət əleyhinə cinayətlər 28,9 faiz, xuliqanlıq cinayətləri 25 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,7 faiz və özünü öldürmə hadisələri 33,3 faiz azalıb. 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …