Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Xankəndində “antiterror əməliyyatı” xəbərləri Ermənistan kəşfiyyatının işidir

Xankəndində “antiterror əməliyyatı” xəbərləri Ermənistan kəşfiyyatının işidir

Son günlər qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında xeyli fəallaşması diqqətdən qaçmır. Ekspertlərin fikrincə, əslində Ermənistan bununla iki məqsəd güdür: birincisi, Ukraynada apardığı müharibəyə görə Azərbaycanı da guya Ermənistana hərbi müdaxilə adı altında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla üz-üzə qoymaq.

İkinci isə Rusiyaya izah etmək ki, “bu məsələni sən həll edə bilmirsənsə, Qərbin dəstəyi ilə Azərbaycanla aramızdakı problemi yoluna qoyacağıq”.

Baş verənlərin fonunda əsasən belə fikirlər səslənir ki, Azərbaycan indiki məqamdan istifadə edib, Qarabağın ermənilər yaşayan hissəsində antiterror əməliyyatı keçirməlidir. Hətta guya belə bir “əməliyyatların” başlanması barədə sosial şəbəkələrdə videolar yayılır.

Qeyd edək ki, Baş Prokurorluq da son olaraq bununla bağlı xəbərdarlıq yayıb: “Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır. Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, – məlumatda deyilir.

Bəs o halda “geniş antiterror əməliyyatlarının keçiriləcəyi” haqda informasiyalar niyə yayılır? Ehtimal olunur ki, Xankəndində “antiterror əməliyyatı” xəbərləri Ermənistan kəşfiyyatının işidir. Ermənistanın bizi Rusiya ilə üz-üzə gətirməyə hədəflənmiş planını necə pozmalı?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın hər şeyi dəqiqliyi ilə ölçüb-biçdiyini qeyd etdi: “Antiterror əməliyyatı məsələsi dövlətin səlahiyyətində olan məsələdir. Azərbaycan Allahın izni ilə öz ərazisində istədiyini edə bilər. Amma Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Yəni Azərbaycan yeddi ölçüb bir biçir. Azərbaycanın son zamanlar geosiyasi fəallığı ola bilər ki, eyni zamanda Rusiyada da, Qərbdə də, Ermənistanda da bəzi dairələri narahat edir. Hansısa dairələr Azərbaycanı təxribata çəkmək istəyir. Biz nə etməliyik? Biz diplomatik toru və şəbəkəni genişləndirməli, iqtisadi mənfəət verə biləcəyimiz tərəfdaşlarımızı çoxaltmalıyıq. Ermənistana gəldikdə isə hələ orada siyasi hakimiyyət tam istiqrar tapmayıb. Siyasi hakimiyyətlə hərbi dairələr fərqli baxışlara sahibdir”.

Soçi görüşündə bununla bağlı artıq razılıq alınıb"

Politoloq Züriyə Qarayeva çox vacib bir məqama toxundu: “Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiyini bildirib. Sənəddə aşağıdakı məsələlərin olduğunu deyib: 1. Ermənistan Azərbaycanla demarkasiya və delimitasiyaya 70-ci illərin xəritəsi əsasında getməlidir.

2. Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımalıdır. 3. Nəqliyyat yolları açılmalı, Qərbi Zəngəzur dəhlizinə xüsusi status verilməlidir. 4. Qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün danışıqlara başlanılmalı və ya maddi təzminat ödənməlidir. 5. Ermənistan anklavları tərk etməlidir. 5 maddənin hər biri əslində rəsmi Bakının başından bəri irəli sürdüyü tələblərdir. Yəni tələblər arasında yeni bir bənd yoxdur. Bununla belə, tələblərin indiki məqamda sülh paketi kimi özü də vasitəçi olmadan birbaşa Ermənistan tərəfinə təklif edilməsi diqqət çəkir. Mümkündür ki, Azərbaycan sülh danışıqları ilə bağlı Ermənistana təzyiq edərək prosesin mümkün olduğu qədər tez yekunlaşmasını istəyir. Ermənistan tərəfi isə çoxdandır çiyinlərində yük hesab etdiyi Qarabağ məsələsindən qurtulmaq, bunun isə Rusiyanın prosesdən kənar tutulması ilə icrasını istəyir.

Paşinyan hakimiyyəti məlumdur ki bu məsələdə müəyyən kəsimlər, eyni zamanda Qarabağdakı separatçılarla fikir ayrılığındadır.

O baxımdan düşünürəm ki, Azərbaycanın məcburetmə əməliyyatı labüddür və yalnız ondan sonra yuxarıdakı 5 bəndin icrasından danışa bilərik”.

Qarabağ Azadlıq Təşkilatını bu gün də bağlamaq olar, amma…” – Akif Nağı –  Yenicag.Az

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı mövcud situasiyaya uyğun şəkildə addımlar atılmasını vacib sayır: “Azərbaycanın rəsmi qurumları da ermənilərin atəşkəsi pozması ilə bağlı məlumatlar yayır. Belə görünür ki, həm Ermənistan ordusunun bölmələri, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki qanunsuz erməni silahlı dəstələri fəallaşıb. Burada düşmən tərəfin müxtəlif məkrli niyyətləri ola bilər. Ona görə də tam diqqətli olmalı, vəziyyətə düzgün qiymət verib, uyğun addımlar atmalıyıq. Ermənilərin yaydığı məlumatlara da diqqətlə yanaşmalıyıq. Bir şey var ki, ermənilərin qanunsuz silahlı dəstələri zərərsizləşdirilməlidir. Biz 10 noyabr üçtərəfli bəyanatına həmişə sadiq qalmışıq. İndi də bütün hərəkətlərimiz həmin razılaşmalara uyğun olmalıdır. Xankəndi və digər ərazilərimizdə Azərbaycan hakimiyyətinin bərqərar olması qanuni haqqımızdır. Bütün öhdəliklərə əməl etməklə, eyni zamanda təxribatlara uymadan həmin haqqımızı reallaşdırmalıyıq. Rusiya-Ukrayna müharibəsi bütün dünyada, o cümlədən regionumuzda yeni reallıq yaradıb. Azərbaycan yeni şəraitdə düzgün mövqe tutub. Bu mövqeyə uyğun olaraq davamlı və məqsədyönlü siyasət yeridilməlidir. Hesab edirəm ki, öhdəliklərinizdən kənara çəkilmədən, müəyyən məqamda güc amillərindən istifadə edib məqsədimizə nail olmalıyıq. Biz məsələnin əldə olunmuş razılıqlar əsasında dinc yolla nizama salınmasına tərəfdarıq, amma əks tərəf razılaşmalardan kənara çıxırsa, tətbiqini də istisna etməməliyik”. Musavat.com

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …