Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Xankəndidə tikilən məscid mübahisələrə səbəb olub

Xankəndidə tikilən məscid mübahisələrə səbəb olub

“Məscid Qarabağdakı sülhməramlılar üçün tikilir”.

Bunu özünü Qarabağdakı terrorçu rejimin “xarici işlər naziri” adlandıran David Babayan deyib.

Babayan bildirib ki, ərazidə məscidlə yanaşı provaslav kilsəsi də inşa olunur:

“Bu məscid islam dinindən olan sülhməramlılar üçündır. Hərbi hissələrdə dini ibadət məkanlarının olması təcrübəsi Ermənistan ordusunda da var. Məscid məsələsinə də bu kontekstdən baxmaq lazımdır”.

Xatırladaq ki, Xankəndi hava limanı yaxınlığında məscid istifadəyə verilib. Bu barədə erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabından foto paylaşıb.

Jurnalist hətta bu münasibətlə qurban da kəsildiyini bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …