Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Xanım general həbs olunmadı, şərti cəza verildi – Yenilənib+Video

Xanım general həbs olunmadı, şərti cəza verildi – Yenilənib+Video

Bu gün MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunacaq. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hökmün saat 10-da elan olunmasına başlayacağı gözlənilir.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il,  Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

***

Hökm elan olunmağa başladı.

***

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyasının hökmü ilə general Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıblar.

Murad Əhməd

Natəvan Mirvətovanın hökmdən əvvəlki çıxışı

Hökmdən sonrakı çıxışı

 

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …