Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Xan Qızı yurdunda Qarabağın belə saxta “tarix muzeyi” tikilməyə başlandı…-FOTOLAR

Xan Qızı yurdunda Qarabağın belə saxta “tarix muzeyi” tikilməyə başlandı…-FOTOLAR

Nə yazıqlar ki, bizi düşmən qarşısında aciz qoyan elə öz içimizdən qaynaqlanan bir çox saxta proseslərdir..

Hərçənd,  çar Rusiyası dövründən bəri özümüzünkü sayılanlar da tariximizi saxtalaşdırmaqda həvəsli olub…

Dünən Brüsseldə abidəsi təhqir olunmuş Xan Qızı Xurşidbanu Natəvanın və ata, babalarının bağ, istirahət yurdu olmuş Azərbaycanın işğal altındakı Xankəndi şəhərində separatçı-terrorçu erməni rejimi “ Qarabağ tarixi muzeyi” tikməyə başlayıb.

Moderator.az xəbər verir ki,   artıq binanın karkas işləri yekunlaşıb.Muzey ermənilər tərəfindən “rəsmən” belə adlanır: “Artsax “dövlət” tarixi-geoloji muzeyi”…

P.S. Təbii ki, bu üzdəniraq muzeydəki tarixi, geoloji eksponat və məlumatlar Azərbaycanın işğal altındakı torpaqlarının, eləcə də Ermənistan və Azərbaycan Respublikasının nəzarətində olan digər ərazilərimizin düşmənlərin işğalçı niyyətlərinə sərf uyğun şəkildə saxtalaşdırılmış, qondarma “Böyük Ermənistan” ideyasına xidmət edən qayda, forma və məzmunda olacaq…Hərçənd,  çar Rusiyası dövründən bəri özümüzünkü sayılanlar da tariximizi saxtalaşdırmaqda həvəsli olub…

P.P.S. Nə yazıqlar  ki, bizi düşmən qarşısında aciz qoyan elə öz içimizdən qaynaqlanan bir çox saxta proseslərdir…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …