Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Xalq artisti Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Xalq artisti Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …