Ana səhifə / Xalq artisti hədələdi: “Məhkəməyə verəcəyəm…”

Xalq artisti hədələdi: “Məhkəməyə verəcəyəm…”

Bu gün mətbuatda xalq artisti Gülyaz Məmmədovanın yol hərəkəti qaydasını pozduğu deyilən video görüntü yayılıb. Bu barədə milli.az-a danışan xalq artisti yayılan videonun və xəbərin əsassız olduğunu bildirib:

“Bu, yol hərəkəti qaydasını pozmaq deyil. Orada heç asfaltın üstündə zolaq da yox idi. Sadəcə, kimsə məni izləyib videonu çəkib. Tam ixtiyarla məni izlədiyinə görə həmin şəxsi məhkəməyə verə bilərəm. Uzun illərdir avtomobil idarə edirəm və nadir hallarda harasa gecikəndə qayda pozmuşam. Sağ olsun polislərimiz, çox böyük hörmət edib, buraxıblar. Mən xalqımızı da sevirəm, onun qanunlarını da. Bu cür yayılan xəbərlər əsassızdır və insanları bu tip xəbərlərə inanmamağa səsləyirəm” .

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın