Şənbə , Aprel 20 2024
Ana səhifə / Xalq artisti ad gününü İsveçrədə keçirir – Video

Xalq artisti ad gününü İsveçrədə keçirir – Video

Bu gün xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O, 1943-il 17 avqustda Bakı şəhərində dünyaya gəlib. Müğənninin 72 yaşı tamam olur.

Doğum günü ilə bağlı Axar.az-a danışan xalq artisti hazırda İsveçrədə istirahət etdiyini deyib:

“Hazırda çox uzaqlarda – İsveçrədəyəm. Bu ölkəyə konsert üçün yox, istirahət etmək üçün gəlmişəm, dincəlirəm. Ad günümü burada çox təmtəraqlı qeyd edirəm. Azərbaycana qayıdanda orada da ad günü keçirəcəyəm. İnşallah, sentyabr ayında qayıtmağı düşünürəm, 72 yaşımı vətənimdə də qeyd edəcəyəm”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın