Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Xaliq Faiqoğlu” cinayət işinin başlanması xəbərini təkzib edir

“Xaliq Faiqoğlu” cinayət işinin başlanması xəbərini təkzib edir

“Xaliq Faiqoğlu” MMC bu gün bəzi mətbu orqanlarda şirkət rəhbərliyinə qarşı cinayətişinin açılması ilə bağlı məlumatları təkzib edir.

Şirkət bildirilir ki, 8 iyun 2017-ci il tarixində bir qrup şəxslə əlbir olaraq SAFASTORE supermarketinə hücum təşkil edərək хuliqanlıq hərəkətləri törətmiş “İdeal İnşaat” MTK –nın faktiki rəhbəri Azadxan Xanməmmədovun əməlləri ilə bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin 31 yanvar 2018-hökmü ilə A.Xanməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs edildikdən sonra “İdeal İnşaat” MTK tərəfindən guya mübahisəli marketin içində olan komendant otağının tutulması ilə bağlı Binəqədi RPİ-nə ərizə ilə müraciət edilsə də, araşdırma nəticəsində həmin ərizə rədd edilmişdir. Bununla belə bu ilin fevral ayında A.Xanməmmədov barəsində “Xaliq Faiqoğlu” MMC-nin küllü miqdarda dəyəri olan əmlakını ələ kecirməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılmışdır. Hesab edirik ki, bu gün mətbuatda böhtan və yalandan ibarət olan məlumat “İdeal İnşaat” MMC-nin faktiki rəhbəri hazırda xuliqanlıq əməllərinə görə həbsdə olan iş adamı Azadxan Xanməmmədovun məqsədli formada yaydığı informasiyadır. Bu vasitə ilə öz cinayət əməllərindən diqqəti yayındırmaq istəyən A.Xanməmmədov mətbuata yalan informasiya ötürərək cəmiyyəti adatmağa cəhd göstərmişdir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …