Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Xalidə Bayramova bu vəzifəsindən azad edildi

Xalidə Bayramova bu vəzifəsindən azad edildi

Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. “Qafqazinfo” BakuPost.az-a istinadən xəbər verir ki, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavini Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.
 
 Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.
 
 Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …