Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Xaləddin İsgəndərova ağır itki üz verib

Xaləddin İsgəndərova ağır itki üz verib

Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərova ağır itki üz verib. Sabiq başçının atası Şahmar İsgəndərov yanvar ayının 8-də dünyasını dəyişib.

Musavat.com-a bu haqda İsgəndərovlar ailəsinə yaxın mənbə məlumat verib.

Ş.İsgəndərov uzun illər məsul vəzifələrdə çalışıb. O, 34 il Yevlax Taxıl Məhsulları Kombinatının direktoru olub. Mərhum ömrünün son illərini təqaüdçi kimi keçirib.
Şahmar İsgəndərov yanvar ayının 9-da doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində torpağa tapşırılacaq. Yas mərasimi də kənddə veriləcək.
Allah rəhmət eləsin.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …