Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / XAÇMAZDAKI QEYDİYYAT-İMTAHAN ŞÖBƏSİNDƏN DƏ ŞİKAYƏTƏ BAŞLANILDI

XAÇMAZDAKI QEYDİYYAT-İMTAHAN ŞÖBƏSİNDƏN DƏ ŞİKAYƏTƏ BAŞLANILDI

Heç kimə sirr deyil ki, ictimai qaydaların və ictimai -siyası təhlükəsizliyin təminində, ölkədə sabitliyin yaradılması sahəsində Daxilim İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər.O da sirr deyil ki, bu sahədə aradan qaldırılası problemlər də kifayət qədərdir.

Azərbaycanın yol polisi sistemində baş verən qanunsuzluqlar barədə dövrü mətbuatda və elektron Kütləvi İnformasiya Vasitələrində saysız-hesabsız yazılara rast gəlmək olar. Təsadüfi deyil ki, ölkədə rüşvətxorluğun geniş yayıldığı sahələrdən söz düşəndə DYP sisteminin adı ilk sıralarda çəkilir. Hətta Daxili İşlər Naziri Ramil Usubovun bu sahədə baş verən neqotiv halların qarşısının alınması yönündə gördüyü tədbirlərə baxmayaraq , qurumun fəaliyyətindən narazılıqlar bəzən ən yüksək dairələrdə belə müzakirəyə çıxarılmış, iradlar bildirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsində isə əhalinin ən çox narazılıq etdiyi qurum İmtahan Qeydiyyat İdarələridir. Çox maraqlıdır ki, bu idarələrin əməkdaşları vətəndaşlarla sanki elə belə də olmalıdır kimi davranmaqla əhali arasında dövlətə qarşı narazılıqlar yaradırlar. Daha çox maraqlı da burasıdır ki, bir Daxılı İşlər Naziri kimi Ramil Usubovun bu sahədə şəffaflığı təmin etməyə göstərdiyi səyləri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov heç göstərmir.
Son vaxtlar bu kimi problemlərin Respublika Dövlət Yol Polisi İdarəsinin 2 saylı Xaçmaz Regional Qeydiyyat-İmtahan şöbəsində də baş verdiyi bildirilir.. Adıçəkilən şöbədə vətəndaşlar aldadılır, süründürməçiliyə salınır.Yəni Xaçmazda yerləşən idarəyə Qüsardan, Dəvəçidən, Qubadan gələn sakinlər saatlarla gözlədilir, bir xırda iş üçün bir neçə dəfə Xaçmaza gedib- gəlməli olurlar ki, bu da artıq xərc aparır. Məlumata görə bu şöbənin bəzi məmurları sürücüləri aldatmaqla məşğuldur. Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Müşfiq müəllim isə vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirmir, çox vaxtlar işdə olmadığı söylənilir. Əldə etdiyimiz məlumatlara görə bu şöbənin rəisinin adı digər Qeydiyyat-İmtahan İdarələrinin rəisləri ilə müqayisədə o qədər də hallanmır. Deyilənlərə görə Müşfiq müəllim digərləri ilə nisbətdə vətəndaşlarla bir az insaflı davranır ki, bu da onun adının hallanmasına çox rəvac vermir. Amma bütün hallarda, insaflı ya insafsız qanunlar ciddi şəkildə pozulur.

Elə bu günlərdə sözügedən idarənin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olmuş məlumatlarda da belə deyilir. Həmin məlumatlarda deyilənlərə görə 2 saylı Qeydiyyat-İmtahan şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Yəni, pulu olan hər bir vətəndaş 2 saylı Qeydiyyat-İmtahan şöbəsindən sürücülük vəsiqəsi əldə edə bilər.Verilən bilgilərdə görə şöbə rəisinin sürücülük vəsiqəsi alverində əsasən işçılər məşğul olur. Mənbə iddia edir ki, bütün danışıqlar və pul işləri işçilərin, yaxud da rəisə yaxın vasitəçilərin əli ilə görülür.

Bu idarədə hökm sürən özbaşnalıqdan, qanunsuzluqdan əziyyət çəkən vətəndaşların dediklərinə görə maşınlarını texniki müayinədən keçirtmək üçün buraya gələnləri şöbənin əməkdaşları əməlli-başlı peşiman edir.
Bundan başqa dövlət nömrə nişanı, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə,haqq alınır. Qeyd edilir ki, qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.

2 saylı Qeydiyyat-İmtahan şöbəsində baş verən bu kimi hallar haqqında nə isə söyləmək çətindir. Adamın inanmağı gəlir də, gəlmir də. Gəlir ona görə ki, bu gün tək sözügedən idarədə deyil, respublikada fəaliyyət göstərən butün Qeydiyyat-İmtahan İdarələrində bu kimi qanunsuzluqlar hamının gözləri qarşısında ifrat dərəcədə baş verir. və güman ki, 2 saylı Qeydiyyat-İmtahan şöbəsi də bu hallardan istisna deyil. İnanmamaq ona görə istəmirik ki, indiyədək bu idarədən şikayət olunduğunu eşitməmişdik. Görünür Müşfiq müəllim də başladı…

Bəs gorəsən əhalini dövlətdən narazı salan bu kimi işçıləri barədə general-mayor Ramiz Zeynalov nə düşünür?

Aktualinfo.org

Həmçinin oxuyun

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?- Açıqlama

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə …