Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Xəzərin sahilləri qırmızı rəngə boyandı

Xəzərin sahilləri qırmızı rəngə boyandı

Xəzər dənizinin Qazaxıstan sahilləri qırmızı rəngə boyanıb, dalğaların bəyaz köpüyü qırmızı ilə əvəz olunub.

REN TV xəbər verir ki, alimlər narahatlığa əsas görmürlər.

Belə ki, dənizdə bitən diatom yosunları soyuq havada çiçəklənir və qırmızı rəngə çalır. Təbiət hadisəsi dəniz canlıları və insanlar üçün hər hansı təhlükə yaratmır.

Mütəxəssislər bildirirlər ki, sonuncu dəfə bu hal 2017 və 2018-ci ildə qeydə alınıb.

Qeyd edək ki, Xəzər dənizində 292 növ diatom yosunu mövcuddur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …