Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Xətainin icra başçısı ilə bağlı DTX-ya MÜRACİƏT OLUNDU – “Bəlkə qanunsuz tikintilərə göz yuman…”

Xətainin icra başçısı ilə bağlı DTX-ya MÜRACİƏT OLUNDU – “Bəlkə qanunsuz tikintilərə göz yuman…”

Sosial Tərəqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Bakir Həsənbəyli Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyev müraciət edib. Müraciətdə deyilir:
Hörmətli, Əli müəllim!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında ictimai nəzarətin həyata keçirilməsini ölkənin idarəçiliyinə töhvə kimi xarakterizə edir. Təəssüflə qeyd edim ki, bəzi dövlət qurumları qanunazidd hərəkətlərlə bağlı onlara edilən müraciətlərə laqeyidlik nümayiş etdirirlər. Bu hal isə vətəndaş – dövlət birliyinin sarsılmasına xidmət edə biləcək amildir.
Nəzərinizə çatdırım ki, yaşadığım Xətai rayonunda, hətta bir küçədə – konkret Cavanşir küçəsində qanunazidd hesab ediləcək faktlar mövcuddur. Lakin təəssüflə qeyd edim ki, Xətai rayon İcra Hakimiyyətinin rəhbərlyi bu kimi məsələlərə mənim üçün aydın olmayan səbəbdən göz yumur. Hal-hazırda Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanda, yüksək təzyiqli qaz xəttinin və istilik xəttlərinin demək olar ki, az qala üstündə obyekt inşa edilir. Obyektin sahibi hətta piyadaların keçməli olduğu səkini belə qismən özününküləşdirib. Xatırladım ki, sosial şəbəkə vasitəsilə bu hadisənin əvvəl gündən fotosunu çəkərək xəbərdarlıq məqsədilə paylaşımlar etmişəm. Bir daha qeyd edirəm təəssüflər olsun ki, bu günə qədər işlər yüksək sürətlə davam edir. Həmin ərazidən kommunikasiya xətlərinin keçməsi səbəbindən hər hansı tikinti işlərinin aparılmsı məhkəmə qaydasında qadağan edilib. Vər bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, tikinti üçün hər hansı qanuni sənədlərinin olması şübhə doğurur. Məsələnin ən qəribə tərəfi isə tikintinin Xətai rayon Polis İdarəsinin yaxınlığında aparılmasıdır. Belə olan təqdirdə adlarını qeyd etdiyim dövlət qurumlarının bu tip tikintilərin aparılmasına göz yummaları şübhə doğurur. Axı necə ola bilər ki, dövlət qurumları hər gün müşahidə etdikləri tikintinin gələcək fəsadlarını görsün və bu vəziyyətə laqeyid qalsın?
Yuxarıda qeyd etdiyim nüansla bağlı bəzi narahatlıqlarım var. Bəlkə bu cür qanunsuz hesab edilən tikintilərə göz yuman dövlət qurumları kimlərinsə, hansısa təhdidləri altında susmaq məcburiyyətində qalırlar? Mən bu fikirdən başqa hər hansı neqativ hal haqqında düşünmək istəmirəm. Çünki baş verən hallar davamlı xarakter daşıyır, lakin tədbir görülmür. Bu vəziyyət vətəndaş olaraq məni ciddi narahat etdiyi üçün xahiş edirəm: Xətai rayon, Cavanşir küçəsi 29 ünvanda, yüksək təzyiqli qaz və istilik xətlərinin demək olar ki, bir addımlığında inşa edilən tikilinin qanuni sənədlərinin olub-olmamsı ilə bağlı qanunamüvafiq qaydada yoxlamalara başlayasınız. Tikilinin qanunsuz inşa olunması müəyyən ediləcəyi təqdirdə həmin obyektin sökülüb, yerinin abadlaşdırılması üçün müvafiq strukturlara təkliflər göndərəsiniz. Araşdırmanın nəticəsi ilə bağlı təşkilatımıza məlumat verməyinizdən məmnun olarıq.

Conflict.az

1

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …