Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Xəzər TV-nin aparıcısının evində faciə — Oğlu komadadır, baldızı öldü (FOTO)

Xəzər TV-nin aparıcısının evində faciə — Oğlu komadadır, baldızı öldü (FOTO)

Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.


Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Anar Tağıyev sosial şəbəkə hesabında yazaraq məlumat verib:


“Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır”.


Qeyd edək ki, Yusif Kərimli “Xəzər” telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub. 

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …