Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / “Xəzər fəlakətin astanasındadır” – Putinin xüsusi nümayəndəsi

“Xəzər fəlakətin astanasındadır” – Putinin xüsusi nümayəndəsi

1990-cı illərdən Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında mübahisə predmeti olan Xəzər dənizinin hüquqi statusu Mərkəzi Asiya ölkələri rəhbərlərinin Astanada yaxın tarixdə baş tutacaq görüşündə müəyyənləşə bilər.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Xəzər dənizi ölkələri ilə əməkdaşlıq məsələsi üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

Abdulatipov xatırladıb ki, Xəzərin hüquqi statusu ilə bağlı mübahisənin müzakirəsi və həlli cəhdləri 25 ildən çoxdur ki, davam edir:

“Diplomatlarımızın fikrincə, biz indi o nöqtəyə gəlib çatırıq ki, bütün beş ölkə razılığa gəlməyə hazırdır. Böyük ehtimalla, bu il Astana sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalamaq mümkün olacaq”.

Abdulatipovun fikrincə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. Prosesin ləngiməsi ekoloji problemin dərinləşməsinə gətirib çıxaracaq:

“İfrata varmadan demək istəyirəm ki, Xəzər bir neçə istiqamət üzrə fəlakətin astanasındadır, bir neçə il əvvəl Xəzərin mühafizəsi ilə bağlı imzalanan Tehran konvensiyası o qədər də effektiv işləmir”.

Həmçinin oxuyun

Müəllim məsuliyyətsizliyi ucbatından dəhşətli qəza, şagird günlərdir komadadır – VİDEO, FOTO

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, …