Ana səhifə / Xəzər Əliyevin cənazəsi Livandan Azərbaycana yola salınıb

Xəzər Əliyevin cənazəsi Livandan Azərbaycana yola salınıb

Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də “Türk Hava Yolları”nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.

Qeyd edək ki, azərbaycanlı idmançı avqustun 28-də Livanın paytaxtı Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Həmçinin oxuyun

“Surxay Atakişiyev AzTV-dən və Rövşən Məmmədovdan qisas almağa çalışır” – İTTİHAM

Azərbaycan Dövlət Televiziyasının feysbukdakı səhifəsində “AzTV-yə qarşı qara PR üçün xüsusi qruplar yaradılıb – Rüşvətə …

Bir cavab yazın