Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Aktual / XƏTAİ RAYONUNDA BİABIRÇILIQ – ŞƏHİD BÜSTÜ ÜÇÜN AYRILAN YERDƏ KAFE AÇIBLAR (FOTOLAR)

XƏTAİ RAYONUNDA BİABIRÇILIQ – ŞƏHİD BÜSTÜ ÜÇÜN AYRILAN YERDƏ KAFE AÇIBLAR (FOTOLAR)

BƏS, RAZİM MƏMMƏDOV HARA BAXIR?

Vətəndaş Bağırov Fikrət Əli oğlu Azinforum.az-a şikayət məzmunlu məktub ünvanlayıb. Şikayətçi bildirir ki,  onun Bağırov Rəşid adlı qardaşı 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub:

“Həmin vaxt mənim böyük qardaşım Məhərrəmə şəhid qardaşımızın xatirəsini əbədiləşdirmək məqsədilə  40 kv. metrlik sahə ayrılıb.  Vaxtı ilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda da yerin şəhidin büstünün qoyulması üçün ayrıldığı qeyd olunub. Uzun illərdi  şəhid qardaşımın adını daşıyan – Rəşid Bağırov 36/6  (UPD qəsəbəsi, klubla üzbə-üz) ünvanında onun büstünü qoya bilmirik. Etdiyimiz şikayətlərə baxan yoxdur.  Hazırda Məhərrəm adlı qardaşım həmin 40 kvadratın ətrafını da qanunsuz zəbt edərək , orada kafe açıb. Mən saytınız vasitəsi ilə  Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək onlardan şəhid adına hörmətlə yanaşmalarını tələb edirəm. Onların gücü çatmırsa, mən öz vəsaitim hesabına  qanunla ayrılmış, lakin hazırda kafe kimi fəaliyyət göstərən yerdə  şəhid qardaşımın büstünü qoymağa hazıram.  Sadəcə, mənə qanunsuz zəbt edilmiş ərazinin boşaldılmasına köməklik göstərsinlər. Məndə olan məlumata görə, Məhərrəm  həmin kafenin ərazisini hazırda başqa bir adama satmağa hazırlaşır”.

Azinforum.az-ın reportyorları  deyilən ərazidə olublar. Çəkilən fotolordan da görünür ki, şəhid büstünün qoyulması üçün ayrılan ərazıdə antisanitar  vəziyyətin hakim olduğu kafe fəaliyyət göstərir

Edilən şikayətlə bağlı Xətai rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.

Rövşən ƏLİ

k1

k2

k3

k4

k6

k7

k8k14

 

k16k10

Həmçinin oxuyun

Bu müəllimlərin əməkhaqqı artırıldı

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas …

Bir cavab yazın